CƏMİYYƏT


Türkiyədəki həmvətənlərimizin seçkilərə yüksək marağı müşahidə olunur

Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliklərində təşkil olunan məntəqələrdə həmvətənlərimizin seçkilərə yüksək marağı müşahidə edilir.
AZƏRTAC xəbər verir ki, Türkiyənin müxtəlif bölgələrində yaşayan azərbaycanlılar səhər saatlarından başlayaraq xüsusi ayrılmış avtobuslarla və səyyar avtomobilləri ilə seçki məntəqələrinə gələrək səs verirlər.