CƏMİYYƏT


105 yaşlı Ceyran nənənin evinə daşınan seçki qutusu aparılıb

Respublikanın hər yerində olduğu kimi, Salyanda da səhər saat 8.00-dan bütün seçki məntəqələri öz qapılarını seçiçilərin üzünə açıb. Səhər saatları olmasına baxmayaraq, bir çox məntəqədə seçici fəallığı müşahidə edilir.
AZƏRTAC xəbər verir ki, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinə daxil olan məntəqələrdə seçkilərin şəffaf keçirilməsi üçün lazımi şərait yaradılıb.
65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin 6 saylı məntəqəsində Salyanda yaşayan 105 yaşlı Ceyran nənənin evinə səs verməsi üçün daşınan seçki qutusu aparılıb.