CƏMİYYƏT


Xocavənddə xəsarət alan şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

Xocavənd ərazisində arıçılıq təssürüfatında partlayış nəticəsində xəsarət alan Tovuz rayon sakini Ələsgərov Samir Füzuli oğlunun sağ əlinin barmaqları amputasiya olunub.
TƏBİB-dən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, Tovuz rayon sakini 1996-cı il təvəllüdlü (cinsi kişi) Xocavənd rayonu ərazisində hərbi təyinatlı partlayıcının partlaması nəticəsində xəsarət alması səbəbilə Füzuli Rayon Mərkəzi Xəstəxanasının əməliyyat şöbəsinə hospitalizasiya olunub: “Ona sağ əlin barmaqlarının travmatik amputasiyası diaqnozu təyin edilib”.