MƏDƏNİYYƏT


Xalq artisti Firəngiz Şərifovanın 100 illiyi qeyd olunub

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Firəngiz Şərifovanın 100 illiyi münasibətilə "Dəli yığıncağı" tamaşası nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, dahi mütəfəkkir Cəlil Məmmədquluzadənin eyniadlı əsəri əsasında hazırlanan tamaşadan əvvəl aktrisanın teatr və kino fəaliyyətindən bəhs edən videoçarx təqdim edilib.
Aktrisanın sənət dostları çıxış edərək milli teatr sənətində Firəngiz Şərifovanın yaratdığı misilsiz rollardan, mənalı həyat yolu və maraqlı yaradıcılıq tarixçəsindən danışaraq, xatirələrini bölüşüblər.