CƏMİYYƏT


DİN “Narkotələ-40” adlı əməliyyatlar keçirib

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi fevral ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 40-dan artıq əməliyyat keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nəticədə 52 nəfər və 3 mütəşəkkil dəstənin üzvü saxlanılıb. Onlardan 10-u ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan şəxslərdir.