CƏMİYYƏT


Ağstafada avtomobil piyadanı vurub

Ağstafa rayonunda piyadanın ağır xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistral yolunun Ağstafa rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, Ağstafa rayonunun Qırılı kənd sakini 59 yaşlı Abbasov Mətləb Tofiq oğlunu avtomobil vurub. Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağır qiymətləndirilir.