CƏMİYYƏT


Sürücü-mexanizator Zəri Qurbanova: Yaşım 70-i keçib, amma yenə də işləmək istəyirəm

Tarixən aqrar diyar kimi tanınan Muğan torpağı şəninə şeirlər yazılan, mahnılar bəslənən neçə-neçə əmək qəhrəmanı yetişdirib. Halal zəhməti ilə pambıq tarlalarında, taxıl zəmilərində adı dillər əzbəri olan bu qəhrəmanların sıralarında kişilərlə yanaşı, Qızqayıt Həsənova, Sifayi Musayeva, Nəzakət Nəzərli, Tərlan Musayeva kimi qadınlarımız da hünər göstərib, şan-şöhrət sahibi olub. Belə əmək qəhrəmanlarımızdan biri də gənc yaşlarından kolxozda sürücü-mexanizator işləmiş Biləsuvar rayon sakini Zəri Qurbanovadır.