CƏMİYYƏT


Yağıntılı hava nə vaxta kimi davam edəcək?

Martın 9-u gün ərzində və martın 10-da Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti müşahidə olunacaq. Martın 11-i gündüz yağıntıda qısa müddətdə fasilə olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.