CƏMİYYƏT


Azərbaycanda analarla bərabər atalar da pensiya ala bilər

Azərbaycanda analarla bərabər, himayəsində uşaqlar olan ataların da güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olacaq. Güzəştə yol verən şərtlər sırasına valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı hal da şamil ediləcək. Sözü gedən məsələ Milli Məclisin Ailə Qadın və Uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.