CƏMİYYƏT


Azərbaycan ilə Çin ekologiya və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq edəcək

Pekində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Çin Xalq Respublikasının Ekologiya və Ətraf Mühit Nazirliyi arasında ekologiya və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi Çində səfərdə olan Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Çinin ekologiya və ətraf mühit naziri Huan Runçiu imzalayıblar.