SİYASƏT


ÜMT-nin prezidenti “Formula vlasti” verilişində COP29-dan danışıb

Rossiya 24 telekenalında yayımlanan “Formula vlasti” verilişində tanınmış jurnalist Mixail Qusmanın Ümumdünya Meteorologiya Təşkilatının prezidenti Abdulla əl-Mandus ilə müsahibəsi yayımlanıb.
Mixail Qusmanın COP29 konfransının Bakıda keçirilməsi ilə bağlı sualına cavabında Abdulla əl-Mandus bildirib ki, Azərbaycanın ev sahibliyi ilə keçiriləcək bu tədbir COP28-in möhtəşəm davamı olacaq. “Çünki orada qaldırılan məsələlər çox önəmlidir. Biz qlobal temperaturun 1,5 dərəcəyədək məhdudlaşdırılması ilə bağlı Paris razılaşmasına nail olmaq üçün birgə işi davam etdirəcəyik. Ümumdünya Meteorologiya Təşkilatı olaraq biz hamı üçün erkən xəbərdaqlıq üzərində tam gücümüzlə birgə işləyəcəyik”.