SİYASƏT


AZƏRTAC XƏBƏR VERİR: Ağdərədə ermənilərə məxsus növbəti dayaq məntəqəsi aşkar edildi

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda əraziyə baxış zamanı Ermənistan silahlı qüvvələrinə məxsus növbəti tərk edilmiş dayaq məntəqəsi aşkar edilib. Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.