SİYASƏT


Politoloq: Azərbaycan-Çin iqtisadiyyat dövriyyəsi ildən-ilə artmaqdadır

Tarixi qədim İpək Yolu dövrünə gedib çıxan Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub. İki ölkə arasında 1992-ci il aprelin 2-də başlayan diplomatik əlaqələr bu gün tarixi münasibətlərin müasir dövrdə inkişafı üçün də yeni imkanlar yaradıb. İkitərəfli iqtisadiyyat dövriyyəsi isə ildən-ilə artmaqdadır. Politoloq İlqar Vəlizadə AZƏRTAC-a müsahibəsində Azərbaycan ilə Çin arasındakı inkişaf dinamikasından danışıb.