CƏMİYYƏT


Xocalıda 3 şəxsə məxsus insan qalıqları aşkarlanıb

Martın 28-də Xocalı şəhərinin Qaladərəsi adlanan hissəsində yerləşən su anbarının yaxınlığında həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə insana məxsus olması ehtimal edilən sümük fraqmentləri və qalıqların aşkarlanması barədə Xocalı Rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib.