CƏMİYYƏT


Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb

Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonu ərazisindən keçən hissəsində bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. "VAZ-2107" markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü İsrafil Həsənov ağır bədən xəsarətləri alaraq ölüb. "BMW" markalı avtomobilin sürücüsü, 1975-ci il təvəllüdlü Rövşən Əliyev isə müxtəlif dərəcəli xəsarətlər alıb.