SİYASƏT


AZƏRTAC XƏBƏR VERİR: Xəzər dənizində turizm məqsədi ilə süni ada və ya yarımada yaradıla bilər

Xəzər dənizinin Azərbaycana məxsus hissəsində süni torpaq sahələri yaradılması ehtimalı var. Bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasının gündəliyində “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsində öz əksini tapıb. Bəs bu sahələr hansı məqsədlər üçün istifadə ediləcək?