MƏDƏNİYYƏT


Səsilə Amerikanı fəth edən azərbaycanlı - Emin Eminzadə ilə söhbət

“Azərbaycanın Robertinosu” – əfsanəvi italyan tenor Robertino Loretti hələ 13 yaşlı azərbaycanlı vokalçı Emin Eminzadəni belə adlandırmışdı. Bu gün 18 yaşlı bu gənc öz səsilə Avropa və Amerikanı da fəth edib. Belə ki, Emin bu yaxınlarda Amerika Musiqili və Dram Akademiyasına qəbul olunub və o, bu akademiyaya qəbul olunan ilk azərbaycanlı kimi tarixə düşüb.