SİYASƏT


BMT SA-nın nümayəndə heyəti 7-ci Qlobal Forumun Təşkilat Komitəsinin iclasında iştirak edib

Fevralın 22-də Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (BMT SA) 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin növbəti iclası keçirilib. AZƏRTAC xəbər verir ki, Qlobal Forumun hazırlıq işlərinin müzakirə olunduğu iclasda BMT SA-nın nümayəndə heyəti də iştirak edib.