MƏDƏNİYYƏT


Şəki III Beynəlxalq şirniyyat festivalına ev sahibliyi edib

Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən III Beynəlxalq ənənəvi şirniyyat festivalında respublikamızın 19 şəhər və rayonunun, həmçinin 8 ölkənin, o cümlədən İndoneziya, Fransa, Hindistan, Yunanıstan, Rusiya Federasiyasının Çuvaşiya Respublikası, Özbəkistan, İran və Ukraynanın şirniyyatçıları iştirak ediblər.