MƏDƏNİYYƏT


Şəxsi kitabxanada 11 mindən çox nadir kitab və əlyazma saxlanılır

Hacıqabulda İsayevlər ailəsinə məxsus şəxsi kitabxanada 11 mindən çox nadir kitab və əlyazma saxlanılır. Kitabxana Əməkdar Müəllim, filoloq Hüseyn İsayevə məxsus olub. Hüseyn İsayev 1946-cı ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olduğu gündən kitab toplamağa başlayıb və beləliklə, evinin bir hissəsini kitablara ayırıb. İndi isə bu kitabları onun oğlu Məhəmməd atasından yadigar saxlayır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır