ELM VƏ TƏHSİL


Jurnalistlərin müəllimi Cahangir Məmmədlinin 75 yaşı tamam olur

Bu gün Cahangir Məmmədlinin 75 yaşı tamam olur. Yarım əsrə yaxın pedaqoji fəaliyyəti dövründə baş müəllim, dosent, kafedra müdiri vəzifələrində çalışıb, jurnalistikanın elmi-nəzəri problemləri ilə bağlı 500-dən çox elmi-publisistik məqaləsi dərc olunub. Ədəbi tənqidə və jurnalistika məsələlərinə dair bir neçə kitabın müəllifidir.