ELM VƏ TƏHSİL


40 mindən artıq 9-cu sinif şagirdi buraxılış imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi martın 5-də Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək. Həmin gün ümumilikdə 40124 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.