CƏMİYYƏT


IV İslam Həmrəyliyi Oyunları zamanı yarış iştirakçıları və qonaqlara iki xəstəxanada tibbi xidmət göstəriləcək

Bakıda keçiləcək IV İslam Həmrəyliyi Oyunları zamanı yarış iştirakçılarına və qonaqlara keyfiyyətli tibbi yardım göstərilməsi məqsədilə artıq 2 tibb ocağı seçilərək ictimaiyyətə təqdim edilib. Mayın 12-dən 22-dək Bakı şəhər Kliniki Tibbi Mərkəzi və Bakı Sağlamlıq Mərkəzi yarış iştirakçılarının xidmətində olacaq.