MƏDƏNİYYƏT


Salyanda kitabxanaya 250 ildən çox yaşı olan iki “Qurani-Kərim” hədiyyə edilib

Qafqaz müsəlmanlarının III Şeyxülislamı Şeyx Əhməd Salyaniyə məxsus, 250 ildən çox yaşı olan iki “Qurani-Kərim” kitabı bu günlərdə şəhər mərkəzi kitabxanasına hədiyyə edilib. Nizami Gəncəvi adına Salyan şəhər Mərkəzi Kitabxanasında bir neçə ildir “kitab abidələr”i mövcuddur ki, həmin kitablar dövlət reyestr xidmətində qeydiyyatdan keçərək xüsusi şöbədə saxlanılır. Kitabxananın mübadilə şöbəsində qorunan 114 adda “kitab abidələr”in bir əsrdən çox yaşı var ki, bunlardan 69-u lüğət tərkibli, 15-i söz birləşmələri haqda ensiklopedik lüğət, 6-sı isə Yer planetindən bəhs edən ensiklopediyadır. Qalanları “Qurani-Kərim”in nümunələridir.