CƏMİYYƏT


İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolu yenidən qurulur

“Azəravtoyol” ASC mətbuat xidmətindən bildirilib ki, uzunluğu 23 kilometr, eni 10 metr olan yol 4-cü texniki dərəcəyə uyğun inşa olunur. Tikinti işləri çərçivəsində yolun çiyinlərinin eni hər bir istiqamət üzrə 2, yolun hərəkət hissəsinin eni isə 6 metr təşkil edəcək.