RƏSMİ


Prezident İlham Əliyev Varvara balıqartırma müəssisəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Yevlax rayonuna səfəri çərçivəsində Varvara balıqartırma müəssisəsinin açılışında iştirak edib. Müəssisənin direktoru Məhəmməd Allahverdiyev dövlətimizin başçısına burada görülən işlər barədə məlumat verdi. Bildirildi ki, müəssisənin yaradılmasına 2008-ci ildən başlanılıb. Müəssisənin ümumi sahəsi 750 min kvadratmetr, su sahəsi isə 85 min kvadratmetrdir. Burada sahəsi 474 kvadratmetr olan 87 plastik hovuz, sahəsi 22 min 449 kvadratmetr 463 beton hovuz, nərəcinsli balıqlar üçün 17, axçalı balıqlar üçün isə 11 nohur yaradılıb.