CƏMİYYƏT


Cocuq Mərcanlı sakinlərinin yeni qəsəbəyə köçürülməsinə başlanılıb

İyirmi dörd ildir ki, köçkünlük həyatı yaşayan Cocuq Mərcanlı sakinlərinin Prezident İlham Əliyevin Sərəncamı ilə kənddə salınmış yeni qəsəbəyə köçürülməsinə başlanılıb. Köçürülmə prosesi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Yeni salınan qəsəbədə 50 fərdi yaşayış evi, 100 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır