SİYASƏT


Azərbaycan ilə informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi əsas məqsədimizdir

Azərbaycan və İran arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi, media qurumları ilə əməkdaşlığın artırılması əsas prioritetlərimizdəndir. Bu fikri iyulun 10-da AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov ilə keçirilən görüşdə İranın mədəniyyət və islami irşad nazirinin mətbuat və informasiya üzrə müavini Hüseyn İntizami söyləyib.