DÜNYA


Türkiyədə təyyarəni ildırım vurdu

Atatürk Hava Limanına eniş edən Türkiyənin "Atlas global" aviaşirkətinə məxsus təyyarəni ildırım vurub. Problemsiz eniş edən təyyarədə xəsarət alan olmayıb. Qeyd edək ki, dünən isə "Pegasus" ve "Türk Hava Yolları"na məxsus təyyarələri də ildırım vurub. Həmçinin, "Turkish Cargo"nun konteynerinə düşən ildırım isə yanğına səbəb olub. Atatürk Hava Limanı əməkdaşlarının səyi nəticəsində yanğın vaxtında söndürülüb.