İDMAN


Bu gün “Qarabağ” “Şerif” ilə səfər oyununa çıxacaq

Ağdam təmsilçisi “Şerif Arena”da Moldovanın “Şerif” komandasının qonağı olacaq. Oyunu İsraildən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Roy Reynşreyber olacaq. Baş hakimə həmyerliləri Amihay Yehoşua Mozes və Dan Uçeniç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniel Bar Natan yerinə yetirəcək. Tiraspol şəhərində keçiriləcək “Şerif” - “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır