MƏDƏNİYYƏT


Şabranlı usta tar alətində yeniliklər edib

Şabran sakini Bayram Ağasıyev şimal regionunda musiqi aləti hazırlayan azsaylı ustalardandır. Rayonunun Dağbilici kəndində yaşayan usta ömrünün 40 ilini bu peşəyə sərf edib. AZƏRTAC xəbər verir ki, hələ musiqi məktəbində oxuyarkən vaxtının böyük hissəsini emalatxanada keçirən Bayram Ağasıyev tarın pərdəsini, xərəyini dəyişib, xüsusi mizrablar hazırlayıb.