CƏMİYYƏT


Xaçmazın 6 kəndinin içməli su təchizatı yaxşılaşdırılır

Xaçmazın 6 kəndini əhatə edən içməli su layihəsinin icrası bu ilin sonuna kimi yekunlaşacaq. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qalağan, Hacılar, İlxıçı, Əhmədoba, Padar və Gödəkli kəndlərində tikinti işlərinin 90 faizi yekunlaşıb.