CƏMİYYƏT


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Füzulidə vətəndaşlarla görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova fevralın 27-də Horadiz şəhərində vətəndaşları qəbul edib. Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Laçın, Xocavənd, Tərtər və Füzuli rayonlarından olan vətəndaşlar iştirak edib.