CƏMİYYƏT


Sabah “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür

Aprelin 11-i prezident seçkiləri ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq. AZƏRTAC xəbər verir ki, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət edərək yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlana biləcəklər. Aprelin 12-dən etibarən isə mərkəzlərdə bütün xidmətlər göstəriləcək.