RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Londonda Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed ilə görüşüb. AZƏRTAC-ın xüsusi müxbir xəbər verir ki, görüşdə Baronessa Rona Feyrhed Prezident İlham Əliyevi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik etdi. O, Bakıya səfərini məmnunluqla xatırladı.