CƏMİYYƏT


IDEA könüllüləri ağacəkmə aksiyası keçirib

Mayın 7-də Bakının Qaradağ rayonunda IDEA İctimai Birliyi və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib. Yerli könüllülərin iştirakı ilə keçirilən aksiya zamanı Salyan şossesinin 19-cu kilometrində yerləşən boş ərazidə 300 ədəd Eldar şamı, eləcə də çoxsaylı gül kolları əkilib.