CƏMİYYƏT


Göyçayda bir nəfərin ölümü, iki nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib

Göyçayda bir nəfərin ölümü, iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 13:00 radələrində Bakı-Şamaxı- Yevlax avtomobil yolunun Göyçayın Qarabaqqal kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.