MƏDƏNİYYƏT


Xaçmazın Hülövlü kəndində qədim dövrlərə aid qəbir daşları aşkarlanıb

Qəbir daşları kənd sakini İmaməli Bəşirovun həyətyanı sahəsində traktorla qazıntı işləri aparılan zaman üzə çıxıb. İmaməli Bəşirov bildirib ki, suvarma suyu əldə etmək üçün köhnə bulaq yerini qazdıran zaman qəbir daşları ekskavatorun kovuşuna ilişib. Bundan sonra ərazidə qazıntı işləri dayandırılıb. Tapıntı barədə Xaçmaz Regional Mədəniyyət İdarəsinə məlumat verilib.