MƏDƏNİYYƏT


Damcılardan su üzərindəki təsvirlərə çevrilən sənət - ebru

Son illər Azərbaycanda da ebru sənətinə maraq göstərənlərin sayı xeyli artıb. Hazırda Bakı şəhərində, eləcə də respublikamızın müxtəlif bölgələrində yeniyetmə və gənclərə, həmçinin incəsənət həvəskarlarına ebru sənətinin incəliklərini öyrətmək üçün xüsusi kurslar, dərnəklər təşkil olunur. Belə kurslardan biri də Şəkidə fəaliyyət göstərən “Kreativ düşüncə” Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin nəzdindəki “Məram” Gənclik İnkişaf Mərkəzində yaradılıb. Mərkəzdə ebru sənəti ilə yanaşı, yeniyetmə və gənclərin maraq dairələrinə uyğun digər kurslar da fəaliyyət göstərir.