MƏDƏNİYYƏT


Heydər Əliyev Fondu Xaçmaz sakinləri üçün konsert proqramı təqdim edib

Mayın 5-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə Xaçmaz şəhərində keçirilən konsert proqramı böyük coşqu ilə qarşılanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan konsertdə tanınmış müğənnilərin və gənc istedadların ifasında xalq, bəstəkar və estrada mahnıları, müxtəlif rəqslər təqdim edilib.