İDMAN


"Çelsi"nin qələbəsini fanatlar şəhərdə qeyd etdilər

Mayın 29-da UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında “Çelsi” komandası “Arsenal”ı 4:1 hesabı ilə məğlubiyyətə uğradaraq tarixində ikinci dəfə bu turnirin qalibi adını qazanıb. “Çelsi” azarkeşləri qarşılaşmadan sonra Bakının küçələrinə çıxaraq komandalarının qələbəsini qeyd ediblər.