İDMAN


Finişə çatmamış qələbəsini qeyd edən idmançı uduzdu

İsveçrənin Lozanna şəhərində keçirilən liqa yarışlarında iştirak edən efiopiyalı yüngül atlet Hagos Gebrivet beş min metrlik yarış boyu liderlik etməyinə baxmayaraq uduzub. Belə ki, atlet finiş xəttinə az qalmış səhvən yavaşlayaraq qalib kimi davranıb. Nəticədə finiş xəttini digər bir idmançı Yomif Kayelç keçib və birinci olub. Efiopiyalı idmançı isə yalnız onuncu nəticə ilə kifayətlənməli olub.