İDMAN


Çempionlar Liqasının I təsnifat mərhələsi: “Partizani” - “Qarabağ”

Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları çərçivəsində baş tutacaq “Partizani” (Albaniya) - “Qarabağ” qarşılaşmasından öncə keçiriləcək komandamızın son məşq və mətbuat konfransının vaxtı açıqlanıb. İyulun 9-da baş məşqçimiz Qurban Qurbanov Bakı vaxtı ilə saat 19:15-də media mənsublarının önünə çıxacaq. Komandamızın son məşqi isə saat 19:30-da qarşılaşmanın keçiriləcəyi S.Stermazi stadionunda baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.