İDMAN


“EYOF 2019”: Qadın həndbolçuların mübarizəsi başlayıb

İyulun 22-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının həndbol yarışları start götürüb. AZƏRTAC xəbər verir ki, həndbol yarışlarında qadınlar və kişilər mübarizə aparırlar. Yarışların ilk görüşlərində qadınların mübarizəsində B qrupunda yer alan komandalar - Azərbaycan və İsveçrə seçmələri Bakı İdman Sarayında, “ABU Arena”da paralel keçən qarşılaşmada isə Macarıstan və Çexiya həndbolçuları qarşılaşırlar.