İDMAN


“Olimpiya Mədəniyyəti və İdman’’ güşəsinin açılışı olub

Atletlər Kəndində Olimpiya Mədəniyyəti və Təhsil proqramı çərçivəsində “Olimpiya Mədəniyyəti və İdman’’ güşəsinin açılış mərasimi baş tutub. Güşədə Bakı şəhərindən seçilmiş 49 məktəb 49 Avropa ölkəsini təmsil edib. Güşənin yaradılmasında məqsəd gənc idmançılar arasında Olimpiya dəyərləri, mədəniyyətlərarası əlaqə, sülh və dostluğu təşviq etməkdir.