DÜNYA


Güclü qar səbəbindən ABŞ-da minlərlə reys təxirə salınıb

ABŞ aeroportlarının və aviaşirkətlərin administrasiyaları ölkədə kəskin hava şəraitinin yaranması ilə əlaqədar son iki gündə yüzlərlə reysi ləğv etməyə məcbur olublar.
AZƏRTAC xəbər verir ki, Qayalı dağlarda qar qasırğası nəticəsində minlərlə reys təxirə salınıb. Sinoptiklərin sözlərinə görə, noyabrın 27-də güclü qar istiqamətini Qayalı dağlar regionuna və Orta Qərbə doğru dəyişib, Denverdə qar örtüyünün qalınlığı 25 santimetrdən çox olub.