İQTİSADİYYAT


Binəyə işləyən 160 nömrəli marşrut üçün yeni avtobuslar

“Çinar-Trans” MMC tərəfindən Türkiyə istehsalı olan 20 ədəd avtobus Bakıya gətirilib. Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. O bildirib ki, paytaxtda avtobus parkının yenilənməsi ilə əlaqədar mühüm tədbirlər həyata keçirilməkdədir. Gətirilən yeni avtobuslar dekabrın 30-dan 160 nömrəli müntəzəm marşrut xətti üzrə Binə qəsəbəsinin sakinlərinin istifadəsinə veriləcək. Binə qəsəbəsində 1 il bundan əvvəl avtobuslar yenilənib. Lakin sərnişin tələbatına uyğun olmadığından daha iritutumlu 12 metrlik avtobuslar gətirilib. Avtobuslardan fiziki imkanları məhdud sərnişinlərin də istifadəsi üçün hər bir şərait yaradılıb.