DÜNYA


Yəməndə hərbi düşərgənin atəşə tutulması nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb

Yəmənin Mərib şəhərində yerləşən hərbi təlim düşərgəsinin raket atəşinə tutulması nəticəsində ölən əsgərlərin sayı 100-ə çatıb. AZƏRTAC “Al-Hadath” kanalına istinadla xəbər verir ki, həlak olanlar arasında ölkə Prezidentin mühafizə xidmətinin əsgərləri ilə yanaşı, hərbi hava qüvvələrinin kursantları da var. Məlumata görə, düşərgəni qiyamçı husilərin “Ənsar Allah” təşkilatı atəşə tutub.