CƏMİYYƏT


Bakıda sulu qar, qar yağacaq

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 24-dən 25-nə keçən gecə bəzi yerlərdə sulu qar, qar yağacaq. Səhər saatlarında duman olacaq. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 2° şaxtadan 2°-dək isti, gündüz 5-7°, Bakıda gecə 0-2°, gündüz 5-7° isti olacaq.