DÜNYA


Kreml Putinin arxiv videolarını yayımladı

AZƏRTAC xəbər verir ki, Kreml Rusiya Prezidenti Vladimir Putinin arxiv videolarını yayımlayıb. Saytda 2010-cu ildən 2014-cü ilə qədər çəkilmiş görüntülər təqdim edilib.
Materiallar arasında 2010-cu ildə Sankt-Peterburqda keçirilən bir xeyriyyə konsertində Vladimir Putin "Blueberry Hill" mahnısını ifa edir.
Kremlin yayımladığı digər bir videoda, 2010-cu ildə milli parkda Rusiya liderinin buzovları necə bəslədiyi görünür.
Başqa bir video 2013-cü ildə, Putinin Hollandiyanın o vaxtkı Kraliçası Beatrikslə görüşü zamanı çəkilib.